BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan Zelenskinin Saakaşvili ilə bağlı çağırışına cavab verdi

Vladimir Zelenskinin Gürcüstan hakimiyyətinə keçmiş prezident Mixail Saakaşvilini müalicə üçün xaricdəki klinikaya göndərməyə çağırması ölkənin daxili işlərinə müdaxilədir.

 

Pravda.az xəbər verir ki, bunu gürcü deputat Aleko Yelisaşvili deyib.

 

“Saakaşvili azad ediləcək, ya yox, bu, başqa məsələdir. Amma hesab edirəm ki, başqa ölkədən məhbusu azad etməyə çağırmaq düzgün deyil, baxmayaraq ki, Saakaşvili Ukrayna vətəndaşıdır. Bütün bunlar ölkənin daxili işlərinə qarışmaqdır”, - deyə Yelisaşvili bildirib.

 

Xəyal Quliyev

Tarix: 20 Dekabr 2022, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin