BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

İctima fəal Bəxtiyar Hacıyevin barəsində həbs qətimkan tədbirinin ləğv edilib, ev dustaqlığı ilə əvəz olunması ərizəsi təmin edilməyib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.

 

O bildirib ki, Xətai Rayon Məhkəməsi ərizəni təmin edilməməsi ilə bağlı qərar çıxarıb.

 

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyevin səhhəti yaxşı deyil və o, aclığa davam edir.

 

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2022, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin