BURADA REKLAMINIZ OLA
BİLƏR

Kütləvi davada qətl törədən şəxsin istintaqı başa çatdı

Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Tağıyav Anar Mammed oğlu, 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu  isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

 

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

 

Kamal Məmmədov

Tarix: 21 Dekabr 2022, 09:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin