BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bankın sədri iqtisadçılarla devalvasiya ilə bağlı məsləhətləşib? - AÇIQLAMA

Mərkəzi Bankın sədri Taleh Kazımovun ötən gün bir qrup iqtisadçı-ekspertlə 3 saata yaxın davam edən görüşü müzakirələr yaradıb. Bildirilir ki, devalvasiya ilə bağlı hazırlıq getdiyindən sədr iqtisadçılarla da məsləhətləşib.

 

Görüşün iştirakçılarından Əkrəm Həsənov isə Pravda.az-a açıqlamasında deyib ki, devalvasiya məsələsi aktual deyil.

Ekspert bildirib ki, Azərbaycan üçün, ümumiyyətlə, devalvasiya təhlükəsi yoxdur: “2022-ci il artıq bitir. 2023-cü il də bu təhlükə olmayacaq. Ötən gün danışdığımız mövzulardan biri məzənnə ilə bağlı idi. Böyük ehtimalla, məzənnə sabit qalacaq. Son bir neçə ildə ölkənin yüksək neft gəlirləri hesabına kifayət qədər valyuta ehtiyatları formalaşıb. Mərkəzi Bankın da, hökumətin də sistemli yanaşması bundan ibarətdir ki, hazırda milli valyuta sabit qalmalıdır. Milli valyutanın sabitliyi digər problemlərin həllinə kömək edir. Bu baxımdan, yaxın dövrdə devalvasiya olmayacaq. Ötən gün keçirilən görüşümüz, əslində, çoxdan planlaşdırılmışdı. Mərkəzi Bankın sədri vaxtaşırı iqtisadçı-ekspertlərlə görüşür, onların fikirlərini dinləyir. Çünki ekspertlərin hansısa əks fikirləri, tənqidləri ola bilər. Görüş sırf bununla bağlı idi. Əksinə, məzənnə məsələsindəb az danışıldı. Tam başa düşürük ki, indiki durum xeyli müddət hələ davam edəcək. Daha çox bank, sığorta, qiymətli kağızlar sektorunun problemləri müzakirə edildi”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Dekabr 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin