BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransız kəşfiyyatçı: Ukraynada müharibəni ABŞ törətdi

ABŞ Ukraynada münaqişə yaratdı və Rusiyanı hərbi əməliyyatlara cəlb etmək üçün hər şeyi etdi.

 

Pravda.az xəbər verir ki, bunu Fransa İqtisadi Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Alen Jüye deyib.

 

“2022-ci ilin fevralına qədər hərbi əməliyyatların başlanması riski barədə xəbərdarlıq edən də ABŞ kəşfiyyatı idi. Avropa kəşfiyyatı isə ötən qış Ukraynada silahlı qarşıdurma ehtimalına inanmırdı. Çünki amerikalılar hər zaman yalan danışıb. 2014 və 2015-ci illərdə Fransa və Almaniya yaxşı bilirdi ki, ABŞ-ın Ukraynadakı hərəkətləri rusiyapərəst və qərbyönlü əhali arasında genişmiqyaslı münaqişə təhlükəsi yaradır. Sonra nə baş verdi? Biz birinci və ikinci Minsk razılaşmalarının həyata keçirilməsinə nail ola bilmədik, çünki amerikalılar NATO ilə birlikdə Kiyevdə hakimiyyəti ələ keçirənlərə təzyiq göstərdilər. Həmin andan biz yerimizi itirdik və xüsusi xidmət orqanlarımız baş verənləri yalnız kənardan izləyə bildi, müdaxilə edə bilmədi”, - deyə Jüye bildirib.

 

Xəyal Quliyev

Tarix: 21 Dekabr 2022, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin