BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzovdan Vasif Talıbovun istefasına reaksiya: “Gördünüz, sakit yolla məsələlər həllini tapdı”

Naxçıvandan olan deputat Siyavuş Novruzov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsinə münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, S.Novruzov “Müsavat” TV-nin canlı efirində çıxışı zamanı hər şeyin yalnız cənab Prezidentin iradəsindən asılı olduğunu deyib.

 

Deputat vurğulayıb ki, istefa bu formada olmalıdır: “İstefa lazımdırsa, istefa verilməldir. Şayiələr yayılırdı ki, Naxçıvandakı proseslərə görə guya Ordu ayağa qalxacaq, camaatı ayağa qaldıracaqlar. Gördünüz, sakit yolla məsələlər həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kiməsə güc nümayiş etdirsin. Əzələ nümayişi mümkün deyil. Bundan sonra Naxçıvanda görək, hansı struktur formalaşacaq. Ola bilər, cənab Prezidentin səlahiyyətli nümayəndəsi, ya da başqası Naxçıvan Ali Məclisinin sədri seçilsin. Bu istefa yalnız cənab Prezidentin iradəsindən asılı idi…”

 

Aytəkin Qardaşova

Tarix: 21 Dekabr 2022, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin