BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əmisi oğlunu döyəni bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Vəli Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 28 avqust 2022-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

 

Belə ki, zərərçəkmiş Lətif Əliyevlə (şərti) təqsirləndirilən şəzsin əmisi oğlu Qalib Məmmədov (şərti) dava edib. Lətif Qalibi döyüb. Buna görə də Vəli zərərçəkmişlə mübahisə edib. Lətif təqsirləndirilən şəxsin çənəsinə yumruqla vurub. Vəli isə ona bir bıçaq zərbəsi endirib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov

Tarix: 22 Dekabr 2022, 07:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin