BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda tanışını bıçaqlayan 17 yaşlı gəncin istintaqı yekunlaşdı

Sumqayıt şəhərində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Emin Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu ilin sentyabrında Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Mikayılov Emin İlham oğlu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla tanışı, 1998-ci il təvəllüdlü Nəcəfov Asif Mehman oğluna bir dəfə zərbə endirərək onun döş qəfəsinə xəsarət yetirib.

 

E.Mikayılov şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 22 Dekabr 2022, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin