BURADA REKLAMINIZ OLA
BİLƏR

Dmitri Roqozin Donetskdə vuruldu

Donetsk şəhərində “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozinin də olduğu “Şeş beş” restoranı vurulub.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, restoranın atəşə tutulması nəticəsində Roqozin yaralanıb. Onun onurğa nayihəsindən qəlpə yarası aldığı bildirilir. Roqozin təcili xəstəxanaya yerləşdirilib. Onunla bərabər qondarma “Donetsk Xalq Respublikası”nın nümayəndəsi Vitali Xoçenko yaralanıb.

 

Rusiya mətbuatı yazır ki, ümumilikdə raket zərbələri nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

 

Dmitri Roqozinin restoranda ad gününü qeyd etdiyi bildirilib.

 

Xəyal Quliyev

Tarix: 22 Dekabr 2022, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin