BURADA REKLAMINIZ OLA
BİLƏR

Misir Mərdanovdan Vasif Talıbova saxta diplom verilməsi ilə bağlı AÇIQLAMA

 

"Vasif Talıbov mən rektor olduğum vaxtda diplom almayıb, mən onda təhsil naziri işləyirdim. Məzuna rektorun yox, ali məktəbin diplomu verilir. O, rektorun diplomu deyil ki, rektor versin. Diplomda yazılır ki, filankəs filan vaxt ali məktəbə daxil olub, filan vaxt bitirib və diploma layiq görülüb. O diplomu kimin verməsinin işin məzmununa dəxli yoxdur. Söhbətdir edirlər də, nə deyəsən?"

 

Pravda.az xəbər verir ki, bu sözləri cəbhə.info-ya açıqlamasında sabiq Təhsil Naziri Misir Mərdanov deyib.

 

Keçmiş nazir universitet rəhbərinin hansı diplomun saxta olub- olmaması haqqında biliyə malik olmadığını qeyd edib.

 

 

Tarix: 22 Dekabr 2022, 18:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin