BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı son durum açıqlandı

Vəkil Cavad Cavadov ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat paylaşılıb.

 

“Bəxtiyar bildirdi ki, bu gün təzyiqi aşağı olub - 90/60, hərarəti isə 35,4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin azadlığa çıxana qədər aclığı davam etdirəcək”, - Rüfət Səfərov paylaşımında qeyd edib.

 

Kamal Məmmədov

Tarix: 22 Dekabr 2022, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin