BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Abbasova yeni vəzifə verildi

Baş Prokuror Kamran Əliyev yeni təyinatla bağlı əmr imzalayıb.

 

Pravda.az xəbər verir ki, əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.

 

Qeyd edək ki, Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb

Tarix: 23 Dekabr 2022, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin