“Naxçıvanda rəhbərliyin dəyişməsi, Ali Məclisin sədrinin istefa verməsi 27 illik bərbad idarəçiliyin və son vaxtlar Dövlət Təhlükəsizliyi Xidmətinin orada apardığı davamlı yoxlamaların məntiqi nəticəsidir. Yoxlamalarla paralel olaraq Muxtar Respublikada 27 ildə yaradılmış idarəçiliyin ən bərbad təzahürləri özünü qabarıq şəkildə biruzə verdi. Naxçıvanda aparılan yoxlamalar cəmiyyət tərəfindən dəstəkləndi, insanlar yoxlamaların çoxdan aparılmalı olduğu mövqeyini nümayiş etdirdilər, cinayətkarların ortaya çıxarılmasından tam şəkildə məmnun qaldılar. Naxçıvanda ictimaiyyət gözləyirdi ki, yoxlamalar sona qədər davam etdirilsin, yaranmış cinayətkar dəstənin, şəbəkənin bütün uzantılar ifşa olunsun. Hələlik, üç-dörd epizod üzrə 500 milyon manatdan artıq vəsaitin mənimsənilməsi aşkara çıxarılıbsa, demək, Naxçıvanda mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev deyib.
O bildirib ki, mütəşəkkil dəstənin uzantılarının Bakıya qədər gəlib çıxdığı, hətta onların Azərbaycanla yaxın ölkələrdə də müəyyən bağlantılarının və izlərinin olması istisna edilmir: “Naxçıvana təyin olunmuş yeni rəhbərliyin fəaliyyəti ilə bağlı isə, hələlik, bir söz deyə bilmərəm. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxaq...”
A.Quliyev bildirib ki, Naxçıvan bu gün Bakıda və Azərbaycanın başqa bölgələrində yaşayan naxçıvanlıların ana vətəni, doğulduğu torpaqdır: “Son 27 ildə Naxçıvanı tərk edən naxçıvanlılar üçün qayıdış perspektivinin açılması, əlbəttə, görünür. Çünki bu insanların, bəlkə də, böyük hissəsi Naxçıvandakı idarəçiliyin təzahürlərindən və əlamətlərindən, sadəcə, başını götürüb qaçmış insanlardır. Onların yenidən öz vətənlərinə qayıtmaq imkanının açılmasını mən də görürəm. Əlbəttə, əgər belə bir qayıdış olarsa, buna yalnız hər bir vətəndaş öz hüququ çərçivəsində qərar verəcək. Naxçıvana yenidən qayıdışın müxtəlif formalarını görürəm. Məsələn, oradakı rejimin üzündən işsizlikdən, dolanışıq problemlərindən, mənasız basqı mühitindən canını götürüb qaçan insanların qayıdışı Naxçıvandakı mühitin bundan sonra hansı dəyişikliklərə məruz qalacağından asılı olacaq. Mühitdə müəyyən dəyişikliklər baş verərsə, onda bu insanların müəyyən hissəsinin yenidən qayıdacağını istisna etmirəm. İkincisi, vaxtilə Naxçıvandakı hakimiyyətin müxtəlif formalarda cəzalandırdığı, yaxud o hakimiyyətlə işləməkdən imtina etmiş müəyyən adamların Naxçıvanda yenidən işləmək fikirləri olsa, belələrinin də qayıtması perspektivini görürəm. Əlbəttə, hər şey heç də bu insanların iradəsində deyil. Naxçıvana yenidən qayıdıb fəaliyyət göstərmələri kimlərə təklif olunsa, bu perspektivi istisna etmirəm. Bu prinsip çərçivəsində müəyyən qayıdışların ola biləcəyini gözləyirəm. Naxçıvanla bağlı açılan yeni perspektivlərin daha çox müsbət, yaxud əvvəlkindən fərqsiz, ya da neqativ xarakterli olacağını gələcək göstərər...”
Aytəkin Qardaşova
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin