BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışını öldürən sabiq qanun keşikçisindən xəbər var

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Cavid Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası 2023-cü il yanvarın 13-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Əliyev 13 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmə isə ikinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: 2020-ci il sentyabrın 28-i səhər saat 6 radələrində Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində bıçaqlanma hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Bildirilib ki, zərərçəkmiş, 1997-ci il təvəllüdlü Əmrah Mustafazadə həkimlərin müdaxiləsinə baxmayaraq, Respublika Klinik Xəstəxanasında dünyasını dəyişir.

 

Həmin gün 1986-cı il təvəllüdlü Cavid Əliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Məlumata görə, Cavid Əliyev bundan əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

 

İstintaqla müəyyən edilib ki, 2020-ci il sentyabrın 27-də Əmrah Mustafazadə ilə Cəmil Hacıyev arasında mübahisə yaranıb. Bunu bilən, Cavid Əliyev Cəmillə birlikdə Əmrahı cəzalandırmağa qərar veriblər. Bu haqda məlumat alan Əmrah Cavidin hərəkətindən qəzəblənib və onun telefonuna mesaj göndərib.

 

Sentyabrın 28-i səhər saat 4 radələrində Əmrah Mustafazadə tanışı Elmin Qasımzadə ilə birlikdə icarə əsasında idarə etdiyi “Hyundai” markalı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi, 16 ünvanına gəlib. Maşından düşərək Cavid Əliyevi söydüyündən, yumruq zərbəsi alıb. Yenə də söyüş söyərək, qaçmağa başlayıb. Onu təqib edən Cavid Əliyev çataraq ona bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş Respublika Klinik Xəstəxanasında ölüb.

 

Məhkəmədə şahid Zöhrə Bayramova ifadəsində göstərib ki, qeyri-rəsmi nikahda yaşadığı Cavid Əliyev hadisədən əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, lakin sonradan xidmətdən kənarlaşdırılıb.

 

Kamal Məmmədov

Tarix: 24 Dekabr 2022, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin