BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bizdən sonrakı nəsillər İlham Əliyevin dövrünü böyük bir fəxarət hissi ilə anacaq"

“2003-cü ildə keçirilən prezident seçkilərində xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Cənab Prezident İlham Əliyev yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadi bilikləri ilə bütün enerjisini Azərbaycanın inkişafına həsr etdi. Ali Baş Komandan Yeni Azərbaycan Partiyasının ətrafında xalqımızın ən layiqli övladlarını birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər gördü. Ən vacibi isə Ümummilli Liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın   dəstəyi ilə İlham Əliyev başa çatdırdı…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, ölkə başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi: “Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev davamlı olaraq gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönəlik tədbirlər həyata keçirdi. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan dünya ölkələrinin əsas tərəfdaşıdır. Bütün münasibətlər ikitərəfli və çoxtərəfli xarakter daşıyır. Artıq Avropada tanınan Azərbaycan və xalqı var. Bu, uzaqgörən siyasətin bəhrəsidir. Azərbaycan, həmçinin bir çox qlobal problemlərin həllində də öz töhfəsini verib - məhz pandemiya post-pandemiya dövrü, eləcə də Rusiya-Ukrayna müharibəsi zamanı dünya ölkələrinin qaz probleminin həlledicisi kimi çıxış etməsi, dünya bazarında Rusiya kimi nəhəng bir dövlətin rolunu, öhdəliyini öz üzərinə götürməklə nüfuzumuzu daha da artırdı. Azərbaycan xalqının taleyüklü məsələsi olan Qarabağın həlli isə cənab Prezidentin adını Azərbaycanın şanlı tarixinə yazdırdı. Bəli, tam səmimiyyətimlə deyə bilərəm ki, bizdən sonrakı nəsillər məhz Ulu Öndər və onun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin dövrünü böyük bir fəxarət hissi ilə anacaq və gördükləri işlərə görə daima minnətdar olacaqdır!"

Tarix: 24 Dekabr 2022, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin