Reklam

Keçmiş prezident koronavirusdan öldü - FOTO

Fransa "Marsel"inin keçmiş prezidenti Pape Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.

Pravda.az-ın xəbərinə görə, Diuf martın 30-da Seneqalın paytaxtı Dakardakı xəstəxanalardan birinə ağır vəziyyətdə çatdırılıb. Lakin tibbi yardım nəticə verməyib.

Qeyd edək ki, Pape Diuf 2005 - 2009-cu illərdə "Marsel"in prezidenti postunu tutub. Seneqallı funksioner idman jurnalisti və futbol agenti kimi də çalışıb.

Fotoları təqdim edirik
Tarix: 1 Aprel 2020, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin