BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda maşinist və müəllimin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Bakıda yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib.

 

Belə ki, Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb.

 

Daha sonra Xalid Quliyev saxlanılıb.

 

Xatırlatma: Qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.

 

Kamal Məmmədov

Tarix: 25 Dekabr 2022, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin