BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ölkədə ən bahalı reklamlara çəkilən bizik”

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.

 

Pravda.az OLAY-a istinadla xəbər verir ki, Günay yoldaşı Zaur Baxşəliyevlə birgə Azərbaycanda ən bahalı reklamlara özlərinin çəkildiyini qeyd edib.

 

Bu barədə o, aparıcısı olduqları “Zaurla Günaydın” verilişində danışıb:

 

“Ölkənin ən məşhur xanımlarından biriyəm. Bunu tam səmimi deyəcəm, gizlədəcək nə var? Bir cütlük olaraq da, ayrı-ayrılıqda da Azərbaycanda ən bahalı reklamlara çəkilən məhz bizim ailədir, maşallah olsun”.

 

Qeyd edək ki, Zaurla Günay 10 ildir evlidir. Onların Dilavər və Davud adlı iki övladı var.

Tarix: 25 Dekabr 2022, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin