BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış futbolçuya qarşı dələduzluq edən şirkət rəhbəri yenidən məhkəmə qarşısında

Dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsləri - Ruhin Əsgərovla Farid Rəhimovun barəsindəki hökmdən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkumlar cəzasının yüngülləşdirilməsini istəyirlər.

 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhərrəmov 14 il, R.Əsgərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan seçilmiş F.Rəhimova şərti cəza verilib.

 

Qeyd: Həmin şəxslər eyni mənzili ayrı-ayrı şəxslərə satmaqda təqsirləndirilirlər.

 

İş üzrə 52 zərərçəkmişə qarşı 3 milyon manat ziyan dəyib.

 

Xatırladaq ki, bu iş üzrə başqa iki nəfər - Çingiz Bağırov və Eynur Xudiyev də təqsirli bilinib və onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb, hökm çıxarılıb.

 

Zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

 

R.Əmirquliyev R.Əsgərov və E.Məhərrəmovun cinayət işində zərərçəkmiş kimi tanınır.

 

Kamal Məmmədov

Tarix: 26 Dekabr 2022, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin