BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan parlamentli respublikaya keçid edir? - Deputatdan referendumla bağlı AÇIQLAMA

Azərbaycanda 2023-cü ildə refendum keçiriləcəyi iddia edilir. Bildirilir ki, referendum nəticəsində ölkədə köklü dəyişikliklər olacaq, prezident üsul-idarəsi parlamentli respublika ilə əvəz ediləcək. Xatırladaq ki, Azərbaycanda refendumlar təsadüf də olsa, hər 7 ildən bir keçirilib. Konstitusiya 1995-ci ildə qəbul edilib və 2002, 2009, 2016-cı illərdə refendum yolu ilə ana yasaya dəyişikliklər olunub. Sonuncu refendum tarixinin 2016-cı il olduğunu nəzərə alsaq, 7 il sonra - 2023-cü ildə növbəti refendumun keçiriləcəyi inandırıcı görünür.

 

Milli Məclisin deputatı Azər Badamov isə Pravda.az-a açıqlamasında deyib ki, referendum keçiriləcəyi ilə bağlı məlumatsızdır.

 

“Belə bir qərarın verilməsi dövlət başçısının səlahiyyətindədir. Parlamentdə referendum keçiriləcəyi ilə bağlı hər hansı bir məlumat yoxdur. Amma onu qeyd edə bilərəm ki, ölkə başçımızın rəhbərliyi altında həyata keçirilən islahatlar gündən-günə daha da dərinləşir, çevik və şəffaf idarəetmə sistemi yaradılmağa davam edir. Hansı sahələrdə effektiv idarəetmə yoxdursa, o sahələrdə dəyişikliklər edilərək fəaliyyətləri yenidən qurulur və müasir çağırışlara uyğunlaşdırılır…”, - A.Badamov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Dekabr 2022, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin