BURADA REKLAMINIZ OLA
BİLƏR

"İndi ermənilərin ən qorxulu röyası bizim sobadan şabalıd çıxarmalı olanlardan qorxmamağımızdır"

"1878-ci il Berlin konqresində Avropa dövlətləri ermənilərə elə qaz veriblər ki, indiyə qədər düşünürlər: bütün dünya onlara borcludur və qızmar sobadan şabalıdı haylar üçün mütləq başqaları - Rusiya, Fransa, ABŞ – fərqi yoxdur, çıxarmalıdır. Sadə dillə desək, “Arsaxın müstəqilliyi” xəyalının kökündə də bu yanlış anlayış dayanır. Yəni fikirləşirlər ki, Rusiya, Fransa, yaxud ABŞ Azərbaycana yaxşı xox gəlsə, daha bizim qabağımızda duran tapılmayacaq, regionda istədiyimizi eləyəcəyik".

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.

 

V.Quliyevin sözlərinə görə, Qarabağın Ermənistana birləşdirilməsi xülyasının müəlliflərindən biri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandan soruşmuşdular ki, siz “DQR”-in “müstəqilliyi” fikrini ortaya atanda nəyə arxayın idiniz? Cavab vermişdi ki, biz SSRİ-nin belə tez dağılacağını güman etmirdik: "Cavab sadə dilə çevrilsə, belədir: əgər SSRİ qalsaydı, ruslar əmr edəcəkdi, azərbaycanlılar əmrə tabe olacaqdı və Qacar demişkən, gözəl Qarabağ bizim pəncəmizə keçəcəkdi. Ermənilər gördülər ki, Azərbaycan SSRİ-dən qorxmur. İndi ermənilərin ən qorxulu röyası bizim sobadan şabalıd çıxarmalı olanlardan – Rusiyadan, Fransadan və s. qorxmamağımız, onlarla bərabər hüquqlu tərəfdaşlar kimi davranmağımızdır. Bu, artıq hansısa boş-bekar senatorun şəxsi bloqundakı tvitə böyük ümid yeri kimi baxan erməniləri mütləq günün birində yıpratacaq, bezdirəcək və onlar Vardanyan kimi “liderlərinin” leşi üzərindən keçib normal xilas yolu axtaracaq, ya da vedililər demiş, varıb gedəcəklər..."

 

Kənan

Tarix: 26 Dekabr 2022, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin