BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi açıldı

Qəbələdə avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə 25.12.2022-ci il tarixdən 26.12.2022-ci il tarixə keçən gecə saatlarında sürücü, 1982-ci il təvəllüdlü, Qəbələ şəhəri sakini Həsənov Mehran Ağalı oğlu idarə etdiyi "QAZ-3110" minik markalı avtomobillə rayonun Laza kəndi ərazisində idarəetməni itirib. Nəticədə avtomobil yolun sol tərəfində olan dərəyə aşıb.

 

Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildəki sərnişin, Qəbələ şəhər sakini, 1964-cü il təvəllüdlü,  Xasıyev Maarif Bayram oğlu orada ölüb, sürücü Mehran Həsənov isə özü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Qəbələ RPŞ-nin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 27 Dekabr 2022, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin