BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin Blinkenə məlumat verməkdən imtina etdi

ABŞ dövlət katibi Entoni Blinkenin Çindən Rusiya və Almaniya ilə təmaslar barədə məlumat almaq cəhdi baş tutmayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə “Asia Times” məlumat yayıb.

 

“ABŞ dövlət katibi düşünürdü ki, Almaniya, Çin və Rusiya arasında baş verənləri yoxlamaq onun səlahiyyətindədir. Lakin Blinkenin dekabrın 23-də Çin xarici işlər naziri Van Yiyə zəngi fiaskoya uğrayıb. ABŞ dövlət katibi Çin lideri Si Szinpinin ötən həftə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevlə apardığı iki yüksək səviyyəli söhbət haqqında ətraflı məlumat toplayacağı gözləyirdi. Blinken fikirləşib ki, Ştaynmayerin zəngi və Medvedyevin Pekinə səfəri təsadüfi deyil, üstəlik hər iki hadisədə Ukrayna xatırlanıb. Bununla belə, ABŞ dövlət katibi ABŞ və Çin arasında mübahisəli məsələləri, xüsusən də Çindəki COVİD-19 ilə bağlı vəziyyəti və beynəlxalq ictimaiyyət üçün şəffaflığın vacibliyini vurğulayaraq öz missiyasını bacarıqsız şəkildə yerinə yetirib. Van Yi də Çinin daxili işlərinə qarışdığı üçün Blinkeni sərt şəkildə məzəmmət edib”, - nəşr bildirib.

 

Xəyal Quliyev

Tarix: 27 Dekabr 2022, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin