BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli: “Nə üçün o zaman intihar etmədim? Bunu çoxları bilmir...”

“Milli Məclisin ötən həftə keçirilən plenar iclasında autizm xəstəliyi ilə bağlı çıxışımı mütləq əksəriyyət dəstəkləyib. Hələ təkcə “TikTok”da “Bərdəli” adlı istifadəçinin paylaşdığı görüntülərə 2 milyona yaxın baxış olub. Əlbəttə, tənqid edənlər də var. Keçmiş müstəntiq Rüfət Səfərovun atasının bizə patoloji nifrəti var. Hətta özü deyir ki, vaxtilə axşam başqa bir deputatla yedik-içdik, sonra gəldik Milli Məclisdə çıxış etdik ki, Tahir Kərimlini cəzalandırmaq lazımdır, çünki o, köhnə vaxtlarda Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qarşısında bu cür çıxış edib... Rüfət Səfərovun atası milli-xalq hakimiyyətini yıxanlardan biridir. Mükafat olaraq Müdafiə Nazirliyində uzun müddət rəhbər işə çəkildi, qurumun Mətbuat Xidmətinin rəhbəri oldu. O, patoloji nifrəti heç cür qəbul edə bilmir. Mən 1990-cı illərdə Milli Məclisdə yüz minlərlə aldadılmış xalqın adından dedim ki, on illərlə inamla, etibarla milli hökumət qurmuşduq, bunu təhvil verirsiniz. Sadəcə, onun “aformit”i ilə məşğul idilər…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Nə üçün o zaman intihar etmədim? Əsas buna görə ki, mən qalib gəldim. Milli Məclis elə həmin gün dağıldı və bir neçə gün toplana bilmədi. Uduzmamışdım ki, niyə intihar edəydim? Bunu çoxları bilmir. Nifrətə baxın. Şərhləri oxuyuram, guya hansısa məqsədlər üçün belə çıxış etmişəm. On illərlə ürəyimi müalicə etdirdim. Bəlkə, iyirmi ildən çox çəkdi. İndi də ağrısı var. Ürəyim böyük travma, zədə aldı. Çünki xalq hakimiyyətini yıxdılar. Bizi necə aldadıblar. Nə qədər şəhid verdik, qan, can verdik. Bəzilərinin xəbəri yoxdur, bilmirlər. Hətta elə düşünürlər ki, mən xalq hökumətinə qarşı çıxış edirəm. Düşmənsiz adam ola bilməz. Bəziləri bilmədiklərinə görə yazırlarsa, Səfərov kimilər bilərəkdən edirlər. Çünki onlar heç cür unuda bilmirlər ki, milli hakimiyyətin yerinə gəlib oturublar, həmin yolla da atası Rüfət Səfərovu hüquq fakültəsində oxudub, sonradan ata-bala aralarında konflikt də olub. Belələri var, təbiidir. Gözdən salmaq üçün olacaq. İndi də autizm xəstəliyi ilə bağlı ürəyimin böyük ağrısı ilə məsələ qaldırmışam, izah etmişəm, bu cür qiymət verirlər. Qoy onlara xalqın özü qiymət versin. Bu, əvvəldən milli hakimiyyətə qarşı qiyamda iştirak edən Rüfət Səfərovun atasının mövqeyidir. Keçmişə bu cür lağ edir. İndi də bu qədər ağır xəstələrə, onların valideynlərinə, yaxınlarına da bu cür mənfi münasibət bəsləyir. Qoy hər kəsin mükafatını, cəzasını Allah özü versin…”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Dekabr 2022, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin