BURADA REKLAMINIZ OLA
BİLƏR

Borrel: Rusiya uğursuz olanda nüvə təhdidini işə salır

Rusiya hər şeyin istədiyi kimi getmədiyindən ümidini kəsəndə nüvə silahından istifadə təhdidlərini təzələyir.

 

Pravda.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib. 

 

“Göründüyü kimi, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan, iş onun istədiyi kimi getmədiyi təqdirdə ümidini üzən bir şəxs tərəddüd etmədən arsenalında olan hər şeydən istifadə etməklə hədələyir”, - Borrel bildirib.

 

Onun sözlərinə görə, Aİ və beynəlxalq ictimaiyyətin əksəriyyəti Rusiyanın məsuliyyətsiz nüvə şantajını rədd edir.

 

Xəyal Quliyev

Tarix: 27 Dekabr 2022, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin