BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavatdan müzakirələrə səbəb olan foto ilə bağlı açıqlama: "Dominonu yığışdırmalı idilər"

Müsavat Partiyası Bərdə təşkilatının sədri Müsafir Cəmillinin sosial şəbəkə hesabında təşkilatın iclasından paylaşdığı görüntülər müzakirəyə səbəb olub. Belə ki, M.Cəmilli təşkilat üzvləri ilə domino masası arxasında foto çəkərək, onu “Müsavat Partiyası Bərdə təşkilatının idarə heyətinin iclasında dünyada və ölkədə baş verən hadisələri müzakirə etdik” başlığı ilə “Facebook” hesabında paylaşıb. Partiya nümayəndələrinin domino oynayarkən siyasi məsələləri müzakirə etmələri ciddi tənqid və gülüş obyektinə çevrilib.

 

Bununla bağlı Pravda.az-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı deyib ki, burada qeyri-adi bir şey yoxdur.

 

“Hər kəs bilir ki, rayon təşkilatlarının qərargahları yoxdur. Hakimiyyət, ümumiyyətlə, Müsavat Partiyasının yerli təşkilatlarının normal fəaliyyət göstərmələri üçün şərait yaratmır. Hər həftə müavinlik, şura iclasları keçirilir. Yeddi-səkkiz nəfər iştirak edir. İclas əsasən müavinliyindir, yəni iştirakçılar rəhbərliyə daxil olan şəxslərdir. Hər həftə toplaşırlar, partiyadaxili, ölkədə, regionda gedən məsələləri müzakirə edirlər. Ola bilsin, iclasdan sonra çay içiblər, bu, normal bir şeydir. Qərargah yoxdur, ona görə də yerli təşkilatlarımız adətən çayxanalarda fəaliyyət göstərirlər. Bu, hakimiyyət dövründə tarixən də belə olub. Yığışıb, nəyisə müzakirə ediblərsə, lap sonra çay da içiblərsə, domino oynayıblarsa, burada qeyri-adi nəsə yoxdur. Bu, onu göstərir ki, hakimiyyət bizə normal şərait yaratmır. Təbii ki, dominonu yığışdırmalı idilər. İclasdan sonra qalırlar, çay içirlər. Olub də, bunu belə qabartmağa, böyük bir hadisəyə çevirməyə ehtiyac yoxdur…”, - partiya nümayəndəsi bildirib.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 27 Dekabr 2022, 14:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin