BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşu qadını qaçıran 3 uşaq atası ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Şəmkirdə 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2020-ci ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində qeydə alınıb.

 

Belə ki, R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna – ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin 2005-ci ildə boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.

 

Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib. Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti olmayıb. Buna baxmayaraq, 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər və həmin hadisə prokurorluqda araşdırılıb.

 

Qadın deyib ki, qonşusu onu avtomobillə qaçırmaq istəyəndə yolda düşüb qaçıb.

 

R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin