BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ müharibəsi veteranı ilə bağlı iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarıldı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Elşən Hüseynovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Məhkəmə ikinci instansiya məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

İttihama görə, Elşən Hüseynov 2010-cu ildə müddəti bitən etibarnaməni yeniləmək adı ilə Əhlidil Əliyevanı aldadaraq saxta sənədlərlə ondan “generalnaya doverennost” alıb. Bununla da Ə.Əliyevanın bütün əmlakı üzərində sərəncam vermək, satmaq hüququ qazanıb. Daha sonra qadının əri Şərif Şərifovun adına torpaq sahəsinin satılmasına etiraz etməməsi barədə saxta ərizə də hazırlayıb. Bu saxta sənədlərlə həmin torpaq sahəsi üçün “kupça” da alıb və bütün torpaq sahəsini anası Rəbiyyə Hüseynovanın adına keçirib. İstintaq bir neçə il öncəki tarixə uyğun olaraq torpağın dəyərini hesablayaraq Əhlidil Əliyevaya 167 min 560 manat zərər dəydiyini bildirib. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsi Elşən Hüseynovun müsbət xarakterizə olunduğuna və Qarabağ müharibəsi veteranı olması barədə arayış təqdim etdiyinə görə ona şərti cəza verib.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2022, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin