BURADA REKLAMINIZ OLA
BİLƏR

Mingəçevir qonşusunu söyüş üstündə bıçaqlayan şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirxan Hacıələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə bu il martın 8-də Mingəçevir şəhəri, Z.Həsənova küçəsində yerləşən binada qeydə alınıb.

 

Şəhər sakini, 1988-ci il təvəllüdlü Şirxan Hacıələkbərov qonşu Elnar Rəcəbova xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirib.

 

Ona Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Məhkəmədə məlum olub ki, Şirxan Hacıələkbərov qonşusunu söyüş üstündə bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 28 Dekabr 2022, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin