BURADA REKLAMINIZ OLA
BİLƏR

"Araz Supermarket"ə basqın edən şəxsdən xəbər var

Bakıda "Araz Supermarket"ə basqın edən Kərimov Vüqar İlqar oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Zərərçəkmiş qismində "Araz Supermarket"lə yanaşı Namiq Atayev, Rəna Məlimova və Müşfiq Əlizadə tanınır.

 

Vüqar Kərimova Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 29 Dekabr 2022, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin