BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda telekanallar ödənişsiz oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verdi. Xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edildi.

 

Pravda.az-ın xəbərinə görə, bu gündən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

 

 

Məqsəd isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

Tarix: 1 Aprel 2020, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin