BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbovun qardaşı vəzifədən azad edildi

Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.

 

Pravda.az-ın xəbərinə görə, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

 

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

 

Onun yerinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, M.Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.

 

 

Tarix: 29 Dekabr 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin