Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun barəsində hökmdən verilən apellyasiya şikayıti üzrə məhkəmə iclası davam etdirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, cinayət işi üzrə icraat dayandırılıb. Bildirilib ki, təqsirləndirilən şəxs gizlənib və onun olduğu yer məlum deyil.
Qeyd: E.Xəlilov 1996-1999-cı illərdə 2018-ci ilin məzənnəsi ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub. O, 2018-ci ilin avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.
İttiham aktına əsasən, E.Xəlilov faktiki rəhbərlik etdiyi "AİA" firması ilə Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK arasında 1996-cı ildə alqı-satqı müqaviləsi bağlayaraq 5 milyard 498 milyon 929 min köhnə Azərbaycan manatı dəyərində şəkər tozu alaraq dələduzluq edib.
Bundan başqa, o, rəhbərlik etdiyi "Emil-96" firması adından Ticarət Nazirliyinin "Azərbaqqaliyə" TTK-dan 3 milyard 505 milyon köhnə Azərbaycan manatı məbləğində şəkər tozu alaraq külli miqdarda ziyan vurub.
Həmçinin E.Xəlilov özünün "Titanus" firması ilə eyni qaydada "Azərbaqqaliyə" TTK arasında imzalanmış müqavilə əsasında 2 milyard 890 milyon 298 min köhnə Azərbaycan manatı məbləğində şəkər tozu alaraq mənimsəyib.
O, rəhbəri olduğu "Alfa-ST" firması ilə TTK arasında bağlanmış müqavilə əsasən 1 milyard 521 milyon 843 min köhnə Azərbaycan manatı dəyərində şəkər tozu alaraq dələduzluq edib.
E.Xəlilov həmçinin Ticarət Nazirliyinin "Azərbətsüdticarət" İTB-nin ünvanına 1998-ci ildə İtaliyanın "Andjelo OİL Korporation" firmasından daxil olmuş 376 min 473 dollar dəyərində ət konservilərinə görə, Bakı Baş Gömrük İdarəsinə ödənilməli olan gömrük rüsumunu özünün rəhbəri olduğu QEOSEYM firması tərəfindən ödənilməsini saxta sənədlərlə göstərərək həmin məbləği mənimsəyib.
O, RİÇ firmasına şəkər tozu gətirmək adı ilə 3 milyard 375 milyon köhnə Azərbaycan manatı məbləğində ziyan vurub.
İttihamda qeyd edilib ki, E.Xəlilov eyni üsullarla müxtəlif firmaların adından istfadə edərək dövlətin külli miqdarda vəsaitini mənimsəyib.
Ona qarşı irəli sürülmüş ittihamlar 1996-1999-cı illərdə olub. Cinayət materiallarında göstərilən dəymiş zərərin o zamankı məzənlə ilə hesablanıb.
Hazırkı məzənnə ilə E.Xəlilovun vurduğu zərər, ümumilikdə, 3 milyon 381 min AZN-dir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. Təqsirləndirilən şəxs məhkəmə zalında azadlığa buraxılıb.
Kamal Məmmədov
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
Ən son xəbərləri səhifəmizdən də izləyin