Milli Məclisin deputatı Sabir Rüstəmxanlının parlamentin ötən plenar iclasında çıxışı zamanı Bakıda fəaliyyət göstərən şadlıq saraylarının adları ilə bağlı səsləndirdiyi “toyxanada toy edən adam bilməlidir ki, bu toyxananın adını daşıyan xanım hansı əxlaqın sahibi olub” fikirləri müzakirəyə səbəb olub. Bildirilir ki, ölkədə daha ciddi problemlər olduğu halda, müxalifəti təmsil edən deputat belə sadə məsələlərə toxunmamalıdır.
S.Rüstəmxanlı Pravda.az-a açıqlamasında səslənən fikirlərə münasibət bildirib.
“Əvvəla, onların mənim fəaliyyətimdən xəbərləri yoxdur. İl boyu ölkənin həyatında baş verən bütün hadisələrə münasibətimi bildirirəm. İqtisadiyyatdan, əhalinin vəziyyətindən, sosial məsələlərdən tutmuş təmsil etdiyim rayonun problemlərinə qədər elə bir məsələ yoxdur ki, ona münasibət bildirməyək. Ən azından mənim sosial mediadakı yazılarımı izləsələr, bunu görərlər. Belə fikir səsləndirənlər cahildirlər, dünyadan xəbərsiz adamlardır. Dərdim yunan folklorundan gələn bir qadının adı ilə bağlı deyil, xırda məsələlərdir. Fikrim budur ki, lisenziya verən təşkilatlar müəssisələrimizə lisenziya verəndə həm də onun adı ilə maraqlansınlar. Bu nə adıdır qoyursunuz axı? Hardan gəlir? Niyə bizim adlarımız yoxdur? Xarici adlar niyə Bakını doldurmalıdır? Bunlar isə yapışıblar ki, “filankəsin əxlaqı necədir…” Kim istəyirsə, gedib o əxlaqı müdafiə etsin. Məni milli əxlaqımız maraqlandırır. Biz niyə millətimizin, dövlətimizin xalqımızın ləyaqətini qorumaq istəmir, Ana dili haqqında qanunumuza hörmətsizlik edirik? Tariximizin parlaq şəxsiyyətlərini təbliğ etməkdənsə, onu-bunu təbliğ edirik. Gedin, görün, Afinada - Yunanıstanın mərkəzində bir türk adı tapa bilərsiniz? Azərbaycan niyə yunan, fransız, ingilis adları ilə dolmalıdır? Fransanın bizə münasibətini gördük. Fransada Azərbaycanla bağlı, yaxud Fransaya aid olmayan bir ad tapmaq olar? Başa düşürük, Fransadan brendlər böyük şirkətlərin adı ilə gəlir, amma iş adamlarımızın, sahibkarlarımızın, oliqarxlarımızın ölkəmizdə açdıqları müəssisələr də var. Əksəriyyətinə kənardan baxırsan, xarici dillərə, kənardan gəlmə adlara bu nə heyranlıqdır? Bu nə özünə sayqısızlıqdır? Milli Məclisdəki çıxışımda buna münasibət bildirmişəm. Kim necə dərk edir, başa düşürsə, o cür də başa düşsün. "Beynəlmiləlçilər" çığır-bağır salırlar. Qanmazlar haqqımda ağızlarına gələni yaza bilərlər. Çünki onlarda şüur deyilən, milli ləyaqət deyilən bir şey yoxdur. Demişəm ki, Bakının mərkəzində müəssisə adlarının 95 %-i kənar dillərdədir, belə olmaz! Siz buna etiraz edirsiniz? Demişəm, hətta Rusiya kimi, öz dilini həssaslıqla qoruyan bir ölkədə bu gün həyəcan siqnalı çalırlar ki, ayılın, dilimiz əcnəbi kəlmələrlə dolur, bunun qarşısını almaq üçün xüsusi "sözyaratma" institutu yaradaq: dil millətin ruhu və namusudur, onu qoruyaq! Bizdə vəziyyət Rusiyadan da ağırdır! Biz susmalıyıq? Öz dili və öz dövlətinə hörmət qoyan heç bir xalqda əcnəbiliyə bu miqyasda aludəlik yoxdur. Böyük məbləğdə pullar sərf edərək lövhəciklər yazdıranlar bu işlərin tək günahkarı deyil, geniş xalq kütləsi üçün bu anlaşılmaz adları təsdiqləyənlər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Dilimizin əcnəbi dillərin “əsarət”inə düşməsi azərbaycançılığa ziddir. Burda da "millətçilik" etmişəm? Baxın görün kim başını itirib? Mənə tərbiyəsizcə söz atanlar, yoxsa mən? Kimdir danışmağa sözü olmayan? Dövlət dili haqqında qanuna hörmət tələb edən, yoxsa Kleopatranın əxlaqının mühafizləri? Görəsən, harda yetişir bu dünyadan xəbərsizlər? Görəsən, bunlar haqqı nahaqdan, ağı qaradan nə vaxt ayıra biləcəklər? Nə vaxta qədər bu dövlətin və millətin maraqlarını qorumaq əvəzinə yad boşqabı yalayacaqlar?”, - deputat bildirib.
Aytəkin Qardaşova
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
Ən son xəbərləri səhifəmizdən də izləyin