BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 826 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 808 nəfər müalicə olunaraq sağalıb, hazırda 495 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13849, bu günə qədər isə ümumilikdə 7 428 980 test icra olunub.

Tarix: 30 Dekabr 2022, 16:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin