BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Dağlıya yazılan şeir trend oldu - VİDEO

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan Rəşad Dağlı ilə bağlı yazdığı şeir böyük marağa səbəb olub.

 

Pravda.az Baku.ws-ə istinadən bildirir ki, sosial şəbəkədə izlənmə rekordu qıran görüntülərdə Mircəlal Aydəmirov tanınmış meyxanaçının tezliklə azadlığa qovuşmasını arzulayıb.

 

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

 

R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.

Tarix: 31 Dekabr 2022, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin