BURADA REKLAMINIZ OLA
BİLƏR

Qardaşını güllələyərək öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Ağdaş rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Aləşrəfovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.


Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 12-nə təyin edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi Mustafa Aləşrəfovun kassasiya şikayətini təmin etməyib.


Qeyd: Hadisə 2021-ci il iyunun 17-də Ağdaş rayonunun Abad kəndi ərazisində qeydə alınıb.


Belə ki, 1959-cu il təvəllüdlü M.Aləşrəfovla qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə o, Q.Aləşrəfovu odlu silahdan atəş açaraq qətlə yetirib.


Daha sonra M.Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (Qəsdən adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və bir neçə maddəsi ilə ittiham irəli sürülüb.


Kamal Məmmədov

Tarix: 2 Yanvar 2023, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin