BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacısını və onun sevgilisini öldürmək istəyən şəxs kassasiya şikayəti verdi

Bakıda bacısını və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən Sadiq Sadıqov barəsindəki hökmdən kassasiya şikayəti verib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum barədəsində yüngül cəza çıxarılmasını istəyir.
 

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Sadiq Sadıqov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.


Məlumata görə, Yasamal rayonu ərazisində 27 yaşlı Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan sevgilisi 24 yaşlı İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilib.


Araşdırma zamanı hadisəni 25 yaşlı Sadiq Sadıqovun törətdiyi məlum olub. Sadiq bacısının bu münasibətindən razı olmayıb və etiraz edib. Bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə olub.


Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.


Məhkəmə istintaqı dövründə zərərçəkənlər Sadiq Sadıqovu bağışlamışdı.

 

Kamal Məmmədov 

Tarix: 2 Yanvar 2023, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin