BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdə tanışını pula görə bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Vüsal Qarayevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun  sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Qarayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 27 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Belə ki, küçədə sərxoş vəziyyətində olan Vüsal tanışı, 1996-cı il təvəllüdlü Hüseynov Elməddin Ramazan oğlu ilə mübahisə edib.

 

O, zərərçəkmişlə birlikdə istifadə etdikləri taksi xidmətinin ödəniş haqqının yarısının Elməddinin nə üçün tərəddüdlə verməsini bəhanə edib. Mübahisə zamanı Vüsal Elməddinə “sən kişi deyilsən” bildirib. Daha sonra o, üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin döş qəfəsinin ön sol tərəfinə bir dəfə zərbə endirib. Bu zaman Elməddin həmin qəsəbənin 27-ci küçəsində yerləşən “OBA” marketə doğru qaçıb, obyektin içərisinə daxil olub. Vüsal da onun arxası ilə marketə gedib. O, “OBA” marketin giriş hissəsində əlində olan bıçaqla zərərçəkmiş şəxsin əvvəl sol gözünün üst qapağını kəsib, daha sonra marketin içərisində onun döş qəfəsinə bir neçə zərbə vurub.

 

Bundan sonra Vüsal bıçağı cibinə qoyub qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək həmin yerdə əl və ayaqları ilə Elməddinin bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Zərərçəkmiş zərbənin təsirindən huşsuz vəziyyətə düşüb. O, Elməddini sürüyərək mağazanın çöl tərəfinə çıxarıb orada da bir daha əl və ayaqları ilə onun bədənin müxtəlif nahiyələrinə zərbələr vurub.

 

Xəstəxanaya aparılan Elməddin Hüseynovun həyatını xilas etmək mümkün olub.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Vüsal Qarayevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3-cü ( Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 Yanvar 2023, 17:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin