Son zamanlar torpaq alqı-satqısı ilə məşğul olan işbazların sayı xeyli artıb. Hətta sənədi olan torpaq sahəsini sahibindən xəbərsiz notariuslarda təsdiq edilmiş sənədlərlə bir neçə şəxsə satıb, onların yüksək məbləğdə pullarını mənimsəyirlər. Bəs görəsən notariuslar bu cür sənədlərin təsdiq edilməsinə necə imkan yaradırlar? Dələduzların fırıldağı nəticəsində zərərçəkən vətəndaşlar tələb edirlər ki, aidiyyəti qurumlar notariuslarda yoxlamalar aparmalıdırlar.
Vəkil Vamiq Şükürov isə Pravda.az-a açıqlamasında deyib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi insanların belə hallarla qarşılaşmaması üçün zaman-zaman tədbirlər görüb.
Vəkil qeyd edib ki, elektron notariat sistemi çıxdıqdan sonra belə problemlər, demək olar ki, aradan qalxıb: “Artıq müəyyən edilmiş etibarnamə formaları təsdiq olunub, notariat ofislərində bu formalardan kənar etibarnamə verilməsi mümkün deyil. Yəni notarius istəsə belə, bu etibarnamə formalarından kənara çıxıb etibarnamə verə bilmir. Elektron notariat sistemi yalnız bu formalarda etibarnamə verilməsinə icazə verir. Elektron notariat sistemindən kənar etibarnamə verilməsi, ümumiyyətlə, notarial əməliyyatlar aparılması qadağan edilib. Elektron notariat sistemi işə salındıqdan sonra çıxarışı, yəni mülkiyyət hüququnu təsdiq edən sənəd (kupça) olmadan hər hansı daşınmaz əmlak, o cümlədən torpaq barədə etibarnamə verilməsi mümkün deyil. Hazırda yalnız çıxarışı olan əmlaklar üzrə etibarnamələrin verilməsi mümkündür. Əvvəllər bu sahədə çox ciddi problemlər var idi. Bilirsiniz ki, dələduzluğun müxtəlif formaları var. Onlardan biri də notarial qaydada təsdiq edilmiş sənədlərdən istifadə etməklə törədilən dələduzluq növüdür. Ona görə də elektron notariat informasiya sistemi işə düşənə qədər Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən notariuslara məktublar yollanılır, göstərişlər verilirdi ki, etibarnamələri, o cümlədən müəyyən ərizələri təsdiq edəndə diqqətli olsunlar. Məsələn, dələduzluq edən şəxs başqa bir şəxsdən ərizə alır, ərizədə qeyd edilir ki, ona olan 100 min manat borc 5 ay ərzində qaytarılacaq. Ərizə notariat ofisində təsdiq olunandan sonra dələduz həmin ərizəni götürüb aldatmaq istədiyi və ya etibarından sui-istifadə etmək istədiyi başqa bir adamın yanına gedib deyirdi ki, filankəsdən bu qədər pul alacağam, həmin müddətə qədər bir yerdə iş görək, hansısa şərikli biznes açaq. Beləcə həmin ərizəyə baxan vətəndaş aldanırdı və gəlir əldə etmək üçün müxtəlif məbləğlərdə pul verirdi. Çünki aldanan şəxs ərziyə baxırdı, inanır və düşünürdü ki, ərizə verən şəxs vəd edilən tarixdə borcunu geri alacaq, mənim də pulum geri qayıdacaq, əlavə gəlir də əldə edəcək. Bununla da dələduzluq baş verir və bəzi dələduzlar bu tipli ərizələr ilə dələduzluq edir, insanları aldadıb pulunu mənimsəyir, öz məqsədləri üçün istifadə edirdilər. Elektron notariat sistemi işə düşənə qədər bəzi dələduzlar mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan torpaq və ya digər daşınmaz əmlaklar barədə etibarnamə, yaxud borc qaytarılması barədə ərizələr alıb misalını çəkdiyim qanunsuz işləri görə bilərdilər. Onlar heç bir hüquqi qüvvəsi olmayan etibarnamələr vasitəsilə çıxarışı (kupça) olmayan boş torpaq sahələrini öz mülkiyyətləri kimi vətəndaşa göstərib aldadırdılar və vətəndaş da inanır, yüksək məbləğdə ödəniş edirdi. Vətəndaşlara tövsiyyə olunur ki, qanunsuz və ya əsassız olan ərizə və etibarnamələrə inanıb aldanmasınlar. Torpaq və ya digər əmlak aldıqda və satdıqda yalnız notariat ofisində təsdiq olunan alqı-satqı müqavilələləri bağlasınlar”.
Aytəkin Qardaşova
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
Ən son xəbərləri səhifəmizdən də izləyin