BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 3 ay əvvəl “İnfiniti”ni aşıran sürücü öldü

Qax rayonunda avtomobili aşıran sürücü üç aydan sonra ölüb.

 

Pravda.az xəbər verir ki, hadisə 17.09.2022-ci il tarixdə, saat 23 radələrində rayonun Güllük kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu idarə etmə hüququ olmadan sərxoş halda idarə etdiyi “İnfiniti” markalı avtomobillə Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxıb, kənarda olan fındıq ağaclarına dəyərək aşıb. Qəza zamanı avtomobildə olan sərnişin Mustafayev Elsevər Niyazi oğlu sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti alıb. Kamal Kamalov isə 04.01.2023-cü il tarixdə aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılan cinayət işi 04.01.2023-cü il tarixdə həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilib.

 

Kamal Məmmədov

Tarix: 5 Yanvar 2023, 09:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin