BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq sarayının qarşısında taksi sürücüsünü bıçaqlayan AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Tural Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 25 iyul 2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində

yerləşən “Şahzadə” şadlıq sarayının qarşısında qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Tural Əliyev kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə “Şahzadə” şadlıq sarayının qarşısında dayanan taksi fəaliyyəti ilə məşğul olan Taryel Səmədovla (soyadı şərti) Zamin Quliyevin (soyadı şərti) yanından keçərkən onlara söyüş söyüb. Sonra o, Zaminin avtomobilinə əyləşib onu evə aparmasını deyib. Zamin isə Turala nə üçün onları təhqir etdiyini soruşub və buna görə də onu maşından düşürüb. Tural da bunu bəhanə edərək onunla mübahisə edib. Bu zaman Taryel tərəfləri ayırmağa gəlib. Tural isə cibindən çıxardığı bıçaqla Taryelə xəsarət yetirib.

 

Daha sonra Tural Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

Tarix: 5 Yanvar 2023, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin