BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumunun ölümünə səbəb olan sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzasında qohumunun ölümündə təqsirləndirilən Nicat İmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə ötən ilin iyulun 18-i saat 19 radələrində Tərtər rayonunun Zölgörən kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini Nicat İmanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca çırpıb. Nəticədə sərnişini, əmisi oğlu, yeznəsi Hafiz İmanov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 5 Yanvar 2023, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin