BURADA REKLAMINIZ OLA
BİLƏR

Netanyahu: İsrail xarici siyasətini dəyişir

İsrail xarici siyasətə öz yanaşmasını yenidən nəzərdən keçirəcək və İrana münasibətdə daha da fəallaşacaq.

 

Pravda.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib.

 

Onun sözlərinə görə, İsrail əvvəlki hərəkətsizlik əvəzinə, aktiv, güclü, məsuliyyətli və milli siyasət həyata keçirəcək.

 

Netanyahu regionda radikal İslama qarşı olduğunu da bildirib:

 

“Biz beynəlxalq münasibətlərə yenidən baxacağıq. Səsimiz dünyada eşidiləcək. Başımızı əyib beynəlxalq aləmin diktəsinə boyun əyməkdənsə, öz maraqlarımızı müdafiə edəcəyik”.

 

Xəyal Quliyev

Tarix: 5 Yanvar 2023, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin