BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Şahin: “Allahın köməyi bəzi hallarda bəlalar verməklə olur”

“Allahın köməyi təkcə nemətlər verməklə deyil, bəzi hallarda bəlalar verməklə olur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

 

“Hansısa ziyarətgah müalicə müəssisəsi deyil. Ziyarətgahlara baxış dəyişməlidir, ora Allahla ünsiyyət məkanıdır. Təbii ki, xurafat da var. Bəzi hallarda kimlərsə hansısa ağaca nəsə bağlayırlar. Xurafatla mübarizə aparmağımız heç də dəyərlərlə mübarizə aparmaq deyil. Ziyarətgahı yalamaq cahillikdir, dini gözdən salmaqdır” – Ş.Həsənli qeyd edib.

Tarix: 1 Aprel 2020, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin