BURADA REKLAMINIZ OLA
BİLƏR

Şolts Ukraynaya tank göndərəcək

Vaxt keçdikcə Almaniya hökuməti Ukraynaya “Leopard 2” tanklarının tədarükü ilə bağlı mövqeyinə yenidən baxacaq.

 

Pravda.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev deyib.

 

Onun sözlərinə görə, ukraynalı diplomatlar daim Almaniyanı tankların ötürülməsinə razı salmaq üçün çalışırlar, lakin alman sistemi buna mane olur:

 

“Ancaq indi baş verənlər kansler Olaf Şoltsun “Zeitenwende” adlandırdığı şeydir - yəni dövrlərin dəyişməsi. Dövrlərin dəyişməsi bir anda baş vermir, lakin biz bu dəyişikliyi sürətləndirmək üçün hər şeyi edirik. Və mən əminəm ki, “Leopard”lar olacaq. Bunun mümkün qədər tez baş verməsi daha yaxşıdır, amma əminəm ki, olacaq”.

 

Xəyal Quliyev

Tarix: 5 Yanvar 2023, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin