BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda stilisti qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.

 

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Qeyd: Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin