BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 5-də Nəsimi rayonu, R.Behbudov küçəsində qeydə alınıb.

 

Belə ki, Kərim Ələsgərov idarə etdiyi “Xəzər" minik markalı avtomobillə hərəkətdə olarkən piyada Tanrıverdiyev Hümbət Şaban oğlunu vurub. Hadisədən sonra sürücü öz maşını ilə yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, piyada  xəstəxanada ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin