BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını döyərək öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Bakı Apellyasiya Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı tanışı, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Daha sonra yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Nəticədə Hüseyn Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Yanvar 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin