BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa kanalı Türkiyəni “Kürdüstan” kimi təqdim etdi - TƏXRİBAT

Fransanın “France 24” telekanalı PKK ilə bağlı hazırladığı süjetdə Türkiyənin bir hissəsini “Kürdüstan” adlandırıb və PKK-nın yalnız Ankara tərəfindən terrorçu kimi tanındığını bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti yazıb.

 

“Fransanın "France 24" telekanalı qalmaqallı süjet təqdim edib. Xüsusi hazırlanmış süjetdə Türkiyənin bir hissəsi “qondarma Kürdüstan” kimi göstərilib. Qalmaqal bununla da bitməyib. PKK terror təşkilatının yalnız Türkiyə tərəfindən terror təşkilatı kimi tanındığı qeyd olunub. Bu terror təşkilatının Avropa Birliyinin terror təşkilatları siyahısında olması faktı qeyd olunmayıb”, - deyə qəzet bildirib.

 

Xəyal Quliyev

Tarix: 6 Yanvar 2023, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin